Logo

"Müəllimin aqressiv davranışı şagirdin milli ruhda böyüməsinə mənfi təsir edir"

18.03.2023 13:19 961 baxış
IMG

"Məktəblərdə baş verən bəzi davranışlar: müəllimin şagirdin saçını kəsməsi, müəllimin şagirdə əl qaldırması, şagirdin müəllimi döyməsi və s. qəbuledilməzdir. Təbiidir ki, bu da şagirdin milli ruhda böyüməsinə mənfi təsir edir. Şagirdlərin bu cür davranış sərgiləməsi onların buraxılış və qəbul imtahanlarında topladığı nəticələrin bəhrəsidir. Yəni şagirdin başı o qədər mənfi hadisələrə qarışır ki, imtahanda sualları gördükdə mən bunu keçməmişəm, mənə bunu öyrətməyiblər və s. sözlərindən istifadə edirlər".

Tehsil.biz xəbər verir ki, bunları təhsil üzrə ekspert Əli Ələkbərov bildirib.

Onun sözlərinə görə, gənclərimizin təhsili ilə yanaşı, milli ruhda tərbiyəsi, onlarda daim vətənə sevginin olması çox mühüm məsələdir:

"Biz avropada yerləşən təhsil müəssisələri ilə Azərbaycanda yerləşən təhsil müəssisələrini müqayisə etsək, anlayarıq ki, orada olan təhsil müəssisələrində demək olar, qayda pozuntularına yol verilmir. Həmçinin orada şagirdlərin qəbul imtahanındakı nəticələri də qat-qat bizdən üstündür. Əslində elə milli təhsilimizin ali məqsədi də milli ruhlu kamil vətəndaşlar yetişdirməkdir. Sözdə bu aydın, konkret iş proqramıdır, amma əməldə, pedaqoji praktikada tədris prosesinin bütün üsul və formalarını əhatə edən həm yaxın, həm də son hədəfdir. Ona görə təhsil müəssisələrində keçirilən hər bir dərsin həm məzmununda, həm formasında, həm də mütəşəkkil xüsusiyyətlərində hər şeydən əvvəl milli ruh, milli mühit öz əksini tapmalıdır".

Xəbər lenti