Logo

BAAU ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq edəcək - FOTO

18.03.2023 10:30 585 baxış
IMG

Bakı Avrasiya Universiteti (BAAU) və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə "Tehsil.biz"ə BAAU-dan məlumat verilib.

Bildirilib ki, qarşılıqlı razılaşmaya əsasən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yüksək texniki peşə təhsili üzrə təhsil alan tələbələrinin ali təhsilə keçidi, Bakı Avrasiya Universitetinin ixtisaslı mütəxəssislərinin peşə təhsil mərkəzinin təlim və tədris  prosesinə cəlb edilməsi, həmçinin perspektiv imkanlar üzrə işgüzar əlaqələrin qurulması planlaşdırılıb.

Xəbər lenti