Logo

“UNEC Startup Cup” müsabiqəsinə start verilib

18.03.2023 09:50 247 baxış
IMG

Ölkəmizdə hər il ənənəvi olaraq keçirilən “UNEC Startup Cup” müsabiqəsinə qeydiyyat başlayıb.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, “Heydər Əliyev İli”nə həsr olunan müsabiqənin məqsədi ilkin məhsul və bazarda fəaliyyəti olan startaplara dəstək olmaqdır.

Müsabiqəyə aşağıda qeyd olunan startaplar müraciət edə bilərlər:

- Bazarda işlək olan hazır məhsul sahibləri (minimum MVP);

- Həmtəsisçilərindən ən azı biri UNEC tələbəsi və ya məzunu, eyni zamanda komanda daxilində minimum 10 faiz səhmə sahib olanlar.

Müraciət etdiyi dövrə qədər əldə olunan investisiya 50 min manat və daha yuxarı məbləği əhatə etməməlidir.

Qalib startap 20 min manat qrant pul mükafatı əldə edəcək. Müraciətlərin qəbulu aprelin 28-dək davam edəcək.

Ətraflı məlumat UNEC-in saytında yerləşdirilib.

Xəbər lenti