Logo

Nazirlikdən millət vəkilinə CAVAB

17.03.2023 19:52 260 baxış
IMG

"Təəssüf edirik ki, deputat Musa Qasımlı Yardımlı rayonu Solqard ibtidai məktəbi barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək yanlış təəssürat yaradıb".

Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat "Reyhan MMC" tərəfindən yenidən inşa edilib.

"80 şagird yerlik məktəbdə 14 sinif otağı mövcuddur. Məktəbin fəaliyyət göstərdiyi illərdə burada illər üzrə 4-5 şagird təhsil alıb. Məktəbdə şagird olmadığı üçün ötən tədris ilində fəaliyyətini müvəqqəti dayandırıb", - nazirliyin məlumatında yer alıb.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında deputat Musa Qasımlı Yardımlı rayonunun Solqard kəndində müasir məktəb binasının tikildiyini, lakin 2022-2023-cü tədris ilində məktəbin bağlandığını bildirib, buna görə Elm və Təhsil Nazirliyini tənqid edib.

Xəbər lenti