Logo

Baş nazirdən məktəblərə şəhid adının verilməsi təklifinə REAKSİYA

17.03.2023 19:44 465 baxış
IMG

"Bu gün şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı məsələ qaldırıldı, şəhidlərin adlarının məktəblərə verilməsi təklif olundu".

"Tehsil.biz"in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, Azərbaycanda 4500-ə qədər məktəb var.

"Onlardan 3600-ə yaxınının artıq adları var. Elə şəhidlər var ki, onların bir neçəsi bir məktəbdə oxuyub. Ona görə də burada bəzi problemlər yaranır”, - Baş nazir qeyd edib.

Əli Əsədov Vətən müharibəsində şəhid olan 3 min şəxsin hər birinin ölüm kağızına qol çəkdiyini vurğulayıb.

Xəbər lenti