Logo

Azərbaycanda Teatr forumu keçiriləcək

17.03.2023 19:06 230 baxış
IMG

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr forumu keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən bildirilib.

Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.

Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.

Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsi ilə bildiriləcək.

Xəbər lenti