Logo

Erməni müəllimlərin cəlladlığı...

02.03.2021 14:42 77 baxış
IMG

Ermənilərin cəlladı ilə alimi eynidir. Həm xislət olaraq, həm də hiyləgərlik baxımından...

 

Tehsil.biz xezerxeber.az-a istinadən bildirir ki, Xocavənd sakini Namiq Hüseynovun dedikləri bunu bir daha sübut edir.

 

O danışır ki, ermənilər Xocavəndin kəndlərində vaxtilə azərbaycanlılarla birlikdə məskunlaşıb. Özləri də sakinlərin diliylə desək, saqqallılar gələnə qədər bizimkilərlə aralarında heç bir münaqişə olmayıb, lakin 366-cı alay kəndə daxil olanda hamısı düşmən kəsilib. Elə Namiq Hüseynov da bu işgəncələrdən nəsibini alan soydaşlarımızdandır.

 

Ona öz erməni müəllimləri işgəncə verib. Deyir ki, illərdir ona dərs deyən müəllimlər dərs dedikləri uşaqları qorumadılar. Bir də ki, ermənilər o vaxtdan bizim millətə yamağıydı, vaxtı gələnə qədər üzümüzə güldülər, sonra da başımıza bu oyunları açdılar.

 

İndi Qarabağa qayıdacaq hər kəs keçmişdən dərs çıxararaq erməni vandalizminin bir daha yaşanmaması üçün dəmir yumruğunu hər zaman hazır edəcək.

Xəbər lenti