Logo

Beynəlxalq olimpiada qalibləri dünyanın qabaqcıl universitetlərinə qəbul olublar

17.03.2023 16:16 387 baxış
IMG

Ölkəmizi beynəlxalq olimpiadalarda uğurla təmsil edib, yüksək nəticələr göstərən şagirdlərimizin dünya üzrə reytinqli universitetlərə bir-birinin ardınca qəbul olması haqqında xəbərlər gəlməyə davam edir.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, riyaziyyat fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpiada qalibi, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11–ci sinif şagirdi Cəlil Hüseynov müvafiq ixtisas üzrə reytinqlərdə 6-cı olan NUS (National University of Singapore) Universitetinə, fizika fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpiada qalibi Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11–ci sinif şagirdi Sadiq Sadıxzadə isə müvafiq ixtisas üzrə reytinqlərdə 6-cı olan London İmperial Kollecinə (Imperial College London) qəbul olub. 

Xəbər lenti