Logo

Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - SƏRƏNCAM

17.03.2023 15:29 269 baxış
IMG

Prezident İlham Əliyev “Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Tehsil.biz xəbər verir ki, Sərəncama əsasən, peşə təhsili müəssisələrində aprelin 1-dən peşə təhsili pilləsinin bütün səviyyələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına kadr hazırlığı mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə həyata keçiriləcək.

Adambaşına maliyyələşdirmə prinsipi əsasında kadr hazırlığı həyata keçirilən peşə təhsili müəssisələrində 2023–2026-cı illərdə 12 min təhsilalana münasibətdə ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək.

Hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili pilləsinin bütün səviyyələrinə dövlət sifarişi ölkənin əmək bazarının xüsusiyyətləri və prioritet inkişaf istiqamətləri nəzərə alınmaqla, Elm və Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdiriləcək.

Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili pilləsinin bütün səviyyələrinə tələbə qəbulunu həmin il mayın 1-dək təsdiq edəcək.

Xəbər lenti