Logo

Azərbaycan aliminin məqaləsi “Soft Computing” jurnalında dərc olunub

17.03.2023 15:16 273 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Klasterləşdirmədən istifadə etməklə loq-faylların emalı üçün metodun işlənməsi” (Development of a method for processing log files using clustering) adlı məqaləsi “Springer Nature” tərəfindən nəşr edilən “Soft Computing” jurnalında dərc olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, jurnal nüfuzlu “Web of Science” elmi bazasına daxildir və impakt faktoru 3.732-yə bərabərdir.

Məqalədə qeyd edilir ki, loq-fayl vebsaytda və ya serverdə baş verən bütün hadisələrin ardıcıl qeydiyyatını aparan, hər hansı bir mətn redaktorunda asanlıqla açıla bilən sənəddir. Bir çox loq-fayllar böyük həcmə malikdirlər. Texniki nasazlıqlar, virusa yoluxma, haker və DDoS hücumları zamanı administrator səbəbi tapmaq üçün jurnalda qeyd olunan məlumatlardan istifadə edə bilir ki, bu da arzuolunmaz problemlərin aradan qaldırılmasını asanlaşdırır və sürətləndirir.

Elmi-tədqiqat işində bir sıra loq-analiz funksiyaları və xüsusiyyətləri, veb-loqların növləri, formaları və s. araşdırılıb.

Qeyd edək ki, “Soft Computing” jurnalı təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların nəticələrini təqdim edir.

Jurnal “Scopus”, “Springerlink”, “DBLP”, “INSPEC”, “EBSCO host”, “Science Citation Index”, “Compendex”, “Computer Science Index” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

Xəbər lenti