Logo

"İxtisas seçimini abituriyentlərin əvəzinə ya valideyn, ya da müəllimləri edir"

17.03.2023 12:58 320 baxış
IMG

"Ölkəmizdə ixtisas seçimi demokratik şəkildə aparılır. Hər bir abituriyent 15 ixtisas seçə bilər".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, abituriyentlər ixtisasları şəxsi seçimləri əsasında seçmirlər:

“Bəzi mütəxəssislər peyda olublar, abituriyent harasa qəbul olunsun deyə ixtisas seçimi edirlər. Çünki abituriyentlərin bir qismi yalnız ali məktəbə qəbul olmaq istəyir. Burada DİM-in günahı yoxdur. Həmin abituriyentlərlə vaxtında peşə yönümlü danışıq aparılmalı idi. Bu, kütləvi prosesdir, hər bir fərd özü anlamalıdır ki, imtahanda iştirak edib doğrudan da bu ixtisas üzrə təhsil almaq istəyirmi? Təəssüf ki, bu seçimləri abituriyentlərin əvəzinə ya valideyn, ya da müəllimləri edir.

Kimsə istəyirsə övladına yön versin, peşə testlərindən keçirsin. Onda onun nəticəsi daha yaxşı olacaq. Biz məsləhət verə bilərik. İmkan hamı üçün eynidir. Nəticən aşağıdır, 200 balla istədiyin ixtisasa qəbul ola bilmirsənsə, yenidən hazırlaş”.

Xəbər lenti