Logo

DİM sədri "telepatiya" və "telekinez"lə bağlı iradlara münasibət bildirib

17.03.2023 11:42 504 baxış
IMG

“Bu il imtahanda istifadə olunan “Telekinez”lə bağlı mətn daha çox müzakirələrə səbəb olub”.

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.

O bildirib ki, həmin mətnin həcmi əvvəlcədən verilən imtahan modelindəki mətnlə, həmçinin daha əvvəl imtahanlarda istifadə olunan mətnlərin həcmi ilə eynidir:

“Səsləndirilən fikirlərdə mətnin məzmununun da 11-ci sinif şagirdləri üçün çətin olduğu bildirilir. 4-cü sinif Azərbaycan dili metodik vəsaitinə baxın (səh.226, 2015-ci il, e-derslik.edu.az). Görün "Telekinez" haqqında nə qədər məlumat var. Təəssüf ki, insanlar 4-cü sinifdə verilən mövzuların 11-ci sinif şagirdi üçün çətinlik yaratdığını iddia edirlər. Ancaq builki məzunlar 2015-2016-cı tədris ilində həmin dərsi keçiblər və tanış olmalı idilər”.

Xəbər lenti