Logo

"Müəllimlər, kurslar telefonu imtahana keçirmək üçün tələbələrinə tapşırıq verirlər"

17.03.2023 11:23 1362 baxış
IMG

"Telefonu imtahan zalına keçirmək üçün müəyyən müəllimlər, kurslar tələbələrinə tapşırıq verirlər".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.

Sədr bildirib ki, teleqram kanallarında bununla əlaqədar müəyyən çağırışlar edilir:

"Bəs nə üçün bu məsələlər ictimaiyyət arasında müzakirə edilmir?! İmtahan binası bir həftə öncə açıqlanır. Belə olan halda şagirdlər bir-birləri ilə əlaqə yaratmağa çalışırlar. Onlar zala daxil olanda bir-birlərini yaxşı tanıyırlar. Belə hadisələri biz də görürük. Təbii ki, sosial şəbəkələrdə biz onlara hansısa maneə törədib, bu proseslərə qatılmırıq. Lakin nəzarətçi şəxs imtahan otağında şəraitin necə olduğunu bilir. Amma nə üçün onlar qınanmır. Bu hallar axıra qədər araşdırılır".

Xəbər lenti