Logo

AzMİU-da ənənəvi Novruz mühazirələrinə start verilib - FOTO

17.03.2023 10:56 216 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ənənəvi Novruz mühazirələrinə start verilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, prorektor Orxan Naqdiyev çıxış edərək Novruz mühazirələrinin əhəmiyyətindən, tələbələr üçün faydasından danışıb. O qeyd edib ki, artıq ənənəyə çevrilən “Novruz mühazirələri” mütəxəssislərlə gənclərin görüşü, fikir mübadiləsi üçün əlverişli platformadır və bu platforma bundan sonra da davam etdiriləcək.

İlk tədbirdə universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Bayram Aslanov “Gənclər siyasətində milli-mənəvi dəyərlərimizin əhəmiyyəti” mövzusunda mühazirəsində ölkəmizin gənclər siyasəti, bu siyasətdə milli-mənəvi dəyərlərin yerindən və gənclərin potensialından danışıb.

Rektorun müşaviri professor Azər Qasımzadə “Zəlzələ mühəndislərin gözü ilə” mövzusunda mühazirəsində Türkiyədə minlərlə insanın həlak olması ilə nəticələnən zəlzələyə diqqət çəkərək bu təbiət hadisəsi ilə bağlı elmi-ictimai məlumatları verib. Məruzəçi çıxışında zəlzələ zamanı insan tələfatının qarşısının alınmasında mühəndis işinin rolundan danışıb.

Xəbər lenti