Logo

Dərslərin dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

02.03.2021 13:33 2137 baxış
IMG

Təhsil Nazirliyi orta məktəblərdə əyani dərslərin martın 3-dən 9-dək dayandırılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. "Xahiş edirəm, ötən ilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir", - deyə nazirlik rəsmisi qeyd edib.
 

Cəsarət Valehov, həmçinin bağça və universitetlərin də bağlanması barədə xəbərləri təkzib edib.

Xəbər lenti