Logo

ADU-da tədbir: “Milli-mənəvi dəyərlərimizin inkişafında və yaşadılmasında Heydər Əliyevin rolu” - FOTO

17.03.2023 09:47 384 baxış
IMG

Martın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Azərbaycan ədəbiyyatı və Azərbaycan dilçiliyi kafedralarının təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin tövsiyəsi ilə keçirilən “Novruz mühazirələri” çərçivəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimizin inkişafında və yaşadılmasında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Heydər Əliyevlə bağlı videoçarx göstərilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov ən başlıca milli-mənəvi dəyərin dil olduğunu və Ulu öndər Heydər Əliyevin dilimizə xüsusi qayğıyla yanaşdığını vurğulayıb.

Sonra Azərbaycan dilçiliyi kafedrasının müəllimi f.f.d. Almaz Bədəlova “Milli-mənəvi dəyərlər Heydər Əliyev siyasətinin mühüm istiqaməti kimi” mövzusunda, həmçinin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi f.f.d., Nuridə Muxtarzadə isə “Ulu öndər H.Əliyevin mənəvi quruculuq siyasətində folklor prioritet sahələrdən biri kimi” mövzusunda məruzələrilə çıxış ediblər.

Akademik Muxtar İmanov və professor Adil Babayev də öz çıxışlarında Novruz bayramı, adətlərimiz və bayram atributlarımızın diqqət çəkən bir sıra məqamları barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Tədbir Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə II il magistrant Rüfət Qarayevin ifasında “Yaşa Azərbaycan” mahnısı ilə sona çatıb.

Xəbər lenti