Logo

Yardımlıda müəllim yol qəzasında ölüb

17.03.2023 09:34 804 baxış
IMG

Yardımlıda müəllim yol qəzasında dünyasını dəyişib.

"Tehsil.biz"in məlumatına görə, Yardımlı rayon N.H.Cəbiyev adına Çayüzü kənd tam orta məktəbinin müəllimi Nahid Kamil oğlu İmanov qəzanın qurbanı olub.

Qeyd edək ki, dünən Yardımlı-Deman-Arvana avtomobil yolunun 12-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. 

Belə ki, Cavid Vaqif oğlu Əliyev “Opel Astra” markalı avtomobilinin idarəetməsini itirib. Bu zaman maşın aşıb. Nəticədə avtomobildə olan sərnişin Nahid Kamil oğlu İmanov hadisə yerində ölüb, sürücü C.Əliyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti