Logo

BDU-da rəsm sərgisi keçirilib - FOTO

16.03.2023 22:50 403 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, sərgidə fakültənin tələbələrinin milli vətənpərvərlik ruhunda, eyni zamanda təbiətin gözəlliyini əks etdirən rəsm əsərləri nümayiş etdirilib.

Tədbirdə BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev, Beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov, Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin rəhbəri Mais Süleymanov, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov iştirak ediblər.  Sərgidə fakültə əməkdaşlarının milli kulinariyamıza aid şirniyyatları, xonçaları və  müxtəlif əl işləri də nümayiş etdirilib.

Tədbir tələbələrin ifasında bədii hissə ilə davam edib. Sonda BDU-nun folklorşünas alimləri tələbələrin Novruz bayramının tarixi ilə bağlı suallarını  cavablandırıblar. Tədbir fakültə əməkdaşları və tələbələrin “Yallı” rəqsi ilə başa çatıb.

Xəbər lenti