Logo

Neft və Qaz İnstitutunun əməkdaşı Qazaxıstanda ezamiyyətdə olub

16.03.2023 20:22 242 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev Qazaxıstanın Aktau şəhərində ezamiyyətdə olub.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, Qalib Əfəndiyev Aktau şəhərində Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində Neft-qaz geologiyası və texnologiya kafedrasının əməkdaşları və universitetin doktorantları ilə görüşlərdə iştirak edib.

Görüşdə Neft-qaz texnologiyaları üzrə təhsil alan tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti