Logo

DİM-də hazırlıq kurslarının məşğələləri keçirilib

16.03.2023 18:11 168 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə qəbul imtahanlarında, riyaziyyat fənnindən isə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının məşğələləri keçirilib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, hazırlıq kursları həm əyani, həm də onlayn ­­formada keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderatorlar – biologiya fənni üzrə Nailə Əliyeva, riyaziyyat fənni üzrə isə Aqşin Abdullayev cavabı yazı ilə ifadə olunan tapşırıqların və onların qiymətləndirmə meyarlarının hazırlanmasına verilən tələblərlə bağlı təqdimatlar ediblər. Tarix fənni üzrə moderator – Hafiz Cabbarov isə kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçirib.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının növbəti məşğələləri 30 mart 2023-cü il tarixində keçiriləcək.

Xəbər lenti