Logo

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

16.03.2023 17:32 223 baxış
IMG

Dövlət İmtahan Mərkəzində 16 martda biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, gündəlik məsələ hər iki fənn üzrə qəbul imtahanları üçün sual kitabçalarının formalaşdırılmasında və test bankının təkmilləşdirilməsində nəzərə alınacaq xidməti istifadə üçün tövsiyələrin müzakirəsi olub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

30 mart 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.

Xəbər lenti