Logo

Dünya şöhrətli alim rezidentlərə mühazirə oxuyub

16.03.2023 15:49 222 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında dünya şöhrətli alim, uşaq nevroloqu, Fransanın Paris şəhərində yerləşən Deskorte Universitetinin professoru Olivye Dülak tərəfindən “Beynin inkişaf etapları və EEQ-in neyrofizioloji əsasları” mövzusunda elmi-praktik seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminar iştirakçılarına uşaqlarda mərkəzi sinir sisteminin bətndaxili mərhələdə  inkişafı, böyüməsi və funksiyalarının formalaşması barədə yeni məlumatlar verilib. Məlum olduğu kimi, son illər erkən neonatal və uşaqlıq dövründə meydana çıxan bir çox xəstəliklərin təməli məhz bətndaxili dövrdə qoyulur. Bunun üçün də müasir nevrologiya və pediatriya ixtisaslarının qarşısına qoyulan tələblərdən biri kimi EEQ monitorinqin və eləcə də ENMQ üsulların vacibliyi vurğulanıb. Vaxtında və vaxtından əvvəl doğulan uşaqların EEQ monitorinq zamanı beyin aktivliyinin fərqliliyivə tipik neonatal EEQ-in mənzərəsi xırda detallarla nəzərə çatdırılıb.

Seminarda ATU-nun nevrologiya kafedrasının əməkdaşları və rezidentləri, eləcə də həkimlər iştirak ediblər.

Xəbər lenti