Logo

BDU-nun Psixoloji yardım sektoru “Cütlük münasibətləri” mövzusunda təlim keçirib

16.03.2023 14:20 279 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün "Cütlük münasibətləri" mövzusunda təlim təşkil edib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimdə ailədaxili münasibətlər, davranışlar, baş verən problemlər geniş təhlil edilib. Qeyd olunub ki, ailədaxili münasibətlərdə səmimiyyət, sevgi, qayğı, qarşılıqlı məsuliyyət fərdlərin fiziki və psixoloji baxımdan sağlam inkişafının əsas şərtidir.

Daha sonra tələbələrlə “Cütlük münasibətlərində doğru bildiyimiz yanlışlar”, “Emosional münasibətlərdə manipulyasiya” mövzularında fikir mübadiləsi aparılıb, ailədaxili münasibətlərlə bağlı onların fikirləri dinlənilib.

Təlimin praktik hissəsində tələbələr emosional ehtiyaclar barəsində suala cavab yazıblar.

Xəbər lenti