Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Aksaray Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.
Tehsil.biz xəbər verir ki, protokolu BDU-nun rektoru Elçin Babayev və Aksaray Universitetinin rektoru Yusuf Şahin imzalayıb.
Protokol çərçivəsində təhsilalanlar, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Qeyd edək ki, əsası 2006-ci ildə qoyulmuş Aksaray Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. 23000 tələbənin təhsil aldığı Aksaray Universitetində 12 fakültə, 3 institut, 17 araşdırma mərkəzi və 6 peşə kolleci fəaliyyət göstərir.