Logo

Tələbələr üçün şəxsi inkişaf və ünsiyyət bacarıqlarına həsr olunan tədbir keçirilib

16.03.2023 11:15 191 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) daxilindəki “Logistika” klubunun təşkilatçılığı ilə “Müasir dünyada şəxsi inkişaf və ünsiyyət bacarıqları” mövzusunda tədbir keçirilib.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, Mühəndislik fakültəsinin Logistika və nəqliyyat texnologiyaları kafedrasının müdiri Bəxtiyar Namazov tədbirin önəmini vurğulayıb, əsas məruzəçi Ağa Mehdiyevi tələbələrə təqdim edib.

Tanınmış səyyah və könüllü proqramlarının fəal iştrakçısı Ağa Mehdiyev öz həyat təcrübəsini, eyni zamanda gəzdiyi çoxsaylı xarici ölkələrdə təhsil, turizm və başqa bu kimi sahələrdə tanış olduğu maraq kəsb edən məsələləri tələbələrlə bölüşüb. Bununla yanaşı, A.Mehdiyev həm qardaş ölkə Türkiyədə baş verən meşə yanğınları, həm də ötən ay Türkiyənin cənub-şərqindəki genişmiqyaslı dağıdıcı zəlzələdən sonra könüllü olaraq fəaliyyətinə də toxunub.

Xarici dil öyrənməyin önəmindən bəhs edən natiq tələbələrin suallarını cavablandırıb və seçilən 6 tələbəyə 4 aylıq ödənişsiz ingilis dili kursu hədiyyə edib.

Bununla yanaşı, tədbirin müzakirə hissəsində fəallıq göstərən 10 tələbə sertifikatla təltif olunub və onlar BMU THİK tərəfindən kitabla mükafatlandırılıb.

Xəbər lenti