Logo

BANM tələbələri startap təlimlərinə qatılıblar - FOTO

16.03.2023 10:07 413 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbələri Mirkazım Ağayev (komanda lideri), Aydan Quliyeva və Günel Rəhimli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə "Capacity Building" mentorluq və #startap proqramı çərçivəsində startaplar üçün təlimlərdə iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.

Mentorluq proqramı Koreyadan gələn professorlar vasitəsilə baş tutub.  Təlimlərdə 200-dən çox müraciət arasından 20 startap və 20 mentor iştirak haqqı qazanıb. Proqrama seçilən BANM tələbələri 6 həftə davam edən layihədə uğurla iştirak edərək startap layihələrinin final təqdimatını həyata keçirən 11 startap komandasından biri olublar.  

BANM tələbələri təlimlər müddətində verilən tapşırıqları yüksək səviyyədə icra edib, onların startap layihəsi professorlar tərəfindən bəyənilib və dəfələrlə mentorluq proqramının ən yaxşı startap layihəsi olduğu qeyd edilib.

Tələbələrin təqdim etdikləri layihə "Ekinci" adlanır. Süni intellekt dəstəkli hərəkət edən robotun kənd təsərrüfatında ziyanvericilərə qarşı mübarizədə effektiv həll təklif etdiyi bu layihə həm də “Teknofest Türkiyə” yarışmasının 2-ci mərhələsinə seçilib.

Xəbər lenti