Logo

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ: Qiymət AÇIQLANDI

15.03.2023 20:17 288 baxış
IMG

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib.

Bu barədə "Tehsil.biz"ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edir: "Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək".

Həcc ziyarətinə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb edilir:

1.Xarici pasport;

2.Şəxsiyyət vəsiqəsinin surəti;

3.3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;

4.Sağlamlıq haqqında arayış.

Sənəd qəbulu martın 17-dən başlanmaqla QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Xəbər lenti