Logo

Gənclər təşkilatlarının pr menecerləri üçün növbəti təlim keçirilib - FOTO

15.03.2023 18:14 194 baxış
IMG

Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində gənclər təşkilatları üçün ikinci təlim baş tutub.

Bu barədə "Tehsil.biz"ə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, Rəqəmsal Marketinq eksperti Samir Mehdiyevin iştirakı ilə keçirilən təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə “Sosial media bizə nə verir?”, “Sosial medianın ənənəvi mediadan üstünlükləri”, “Sosial media hesablarında düzgün reklamı necə verək”, “Targetinq nədir?” kimi suallara cavab tapılıb, maraqlı məqamlar ətrafında geniş müzakirələr aparılıb.

Xəbər lenti