Logo

Milli Kitabxanada “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası hazırlanıb - FOTO

15.03.2023 16:29 390 baxış
IMG

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası və “Anar – 85” adlı ənənəvi kitab sərgisi hazırlanıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, elektron məlumat bazası “Ana səhifə”, “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Anar haqqında”, “Əsərləri”, “Haqqında”, “Filmoqrafiya”, “Mükafatları”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Anar/index.html linkindən istifadə edə bilərlər.

Xəbər lenti