Logo

BDU-da “SABAH magistratura” laboratoriyasının açılışı olub - FOTO

15.03.2023 14:55 432 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-riyaziyyat və kibernetika fakültəsində Kompüter elmləri ixtisasının Kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə “SABAH magistratura” laboratoriyasının açılışı olub.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, ixtisaslaşma üzrə tədris planına uyğun olaraq laboratoriyada dərslər və təlimlər  keçiriləcək, o cümlədən magistrantlar tərəfindən elmi-tədqiqat işləri aparılacaq.

Qeyd edək ki, SABAH qrupları üzrə Kompüter elmləri və texnologiyaları ixtisaslaşmasına 2021/2022-ci tədris ilində 51, 2022/2023-cü tədris ilində 49 nəfər qəbul olunub.  2022/2023-cü tədris ilində 45 nəfər bu ixtisaslaşma üzrə magistr dərəcəsi alıb.

Xəbər lenti