Logo

Humanitar Fənlər Gimnaziyasında dəyirmi masa təşkil olunub

15.03.2023 13:03 728 baxış
IMG

Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev Azərbaycan hüquqi dövlət quruculuğunun banisidir” mövzusunda dəyirmi masa təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Tədbirdə AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanda demokratik-hüquqi islahatların banisidir. Bir vaxtlar məhv olmuş, müasir tələblərə cavab verməyən hüquq sistemi də Ulu Öndərin hakimiyyətə gəlişindən sonra inkişaf yoluna qədəm qoydu, bu sahədə fəaliyyət göstərən dövlət təsisatları ən yüksək standartlara müvafiq şəkildə yenidən formalaşdırıldı. Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə ciddi təminat yaratdı.

İclasda gimnaziyanın Tarix Klubunun fəalları Sinan Əlizadə və Ağayar Eminli “Heydər Əliyev və dövlət quruculuğu” mövzusunda çıxış ediblər.

Sonda professor Habil Qurbanov şagirdlərin suallarını cavablandırıb.

Dəyirmi masada AMEA-nın Şərqşünaslıq İnstitutunun Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, gimnaziyanın rəhbərliyi, klub üzvləri iştirak edib.

Xəbər lenti