Logo

Rektor doktorantura təhsili alan tələbələrlə görüşüb - FOTO

15.03.2023 10:11 487 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ali məktəbdə doktorantura səviyyəsində təhsil alan tələbələrlə görüşüb.

BANM-dən "Tehsil.biz"ə verilən məlumata görə, doktorantların elmi işləri ilə maraqlanan Elmar Qasımov qeyd edib ki, doktorantlarla birgə işin təşkili, tədqiqatların aparılmasında onlara kömək göstərilməsi, dissertasiyaların keyfiyyəti, elmi məqalələrin yazılması və çapı önəmli məsələlərdəndir.

Görüşdə həmçinin dissertasiya mövzuları müzakirə edilib, ciddi təhlillər və araşdırmaların aparılması, mövzuların aktuallığı, elmi işlərin yazılmasından müdafiəsinədək olan prosedurlar, xaricdə elmi məqalələrin çapı barədə də fikir mübadiləsi aparılıb. Doktorantlara tövsiyələrini verən rektor dissertasiyaların keyfiyyətli yazılması ilə bağlı tələblərə və qaydalara əməl olunmasının vacibliyini də xüsusi qeyd edib.

Görüşdə doktorantların elmi işinin yerinə yetirilməsi prosesi ilə bağlı məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti