Logo

BANM-də “Sənayedə qadın rolunun gücləndirilməsi” mövzusunda müzakirə keçirilib

14.03.2023 22:18 394 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyətinin təşkilatçılığı ilə “Sənayedə qadın rolunun gücləndirilməsi” (Empowering Women in Industry) mövzusunda panel müzakirə həyata keçirilib.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, layihənin əsas məqsədi mühəndislik və texnologiya sahələrində təhsil alan xanım tələbələri ruhlandırmaq və onların uğur qazanmalarına yol göstərmək olub.  

Panel müzakirədə bp və “Paşa Sığorta” şirkətlərində fəaliyyət göstərən Elxanə İsmayılova, Aynurə Dəmirli və Səfurə İsayeva məruzəçi kimi çıxış ediblər. Müzakirələrə müxtəlif universitetlərdən olan tələbələr də qatılıblar.

Tədbirin koordinatoru İlkanə Mehdiyeva, moderatoru Nəzrin Fətullalı olub.

Xəbər lenti