Bakı Dövlət Universitetində (BDU) İlaxır çərşənbə qeyd olunub.
Tehsil.biz xəbər verir ki, universitetin həyətində Novruzun rəmzlərindən biri olan tonqal qalanıb. BDU-nun rektoru Elçin Babayev tələbə və müəllimləri İlaxır çərşənbə münasibətilə təbrik edib, xalqımıza, dövlətimizə əmin-amanlıq, sülh arzulayıb.
Tələbələr tonqal ətrafında rəqs edib, yallı gedib, rektorla xatirə şəkillər çəkdiriblər.
Tədbir konsert proqramı ilə davam edib.




