Logo

AƏSMA tələbələri təşəkkürnamə ilə təltif olunublar - FOTO

14.03.2023 18:06 487 baxış
IMG

"Azərbaycan Uşaqları" İctimai Birliyi Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində istehsalat təcrübəsi keçən tələbələrin "Heydər Əliyev İli" çərçivəsində hazırladığı videoçarxın təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumatlar videoçarxda əks etdirilib.

Tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Sosial iş fakültəsinin tələbələri - Sevinc Ələkbərli, Emil Fərzəliyev, Cəmilə Mirzəquliyeva, İsmayıl Qocayev fəaliyyətlərində fərqləndiklərinə görə təşəkkürnamə ilə təltif olunublar.

Xəbər lenti