Logo

Vaxtilə təhsil şöbəsinin rəhbəri haqda dediklərini təkzib etdi

14.03.2023 17:56 1042 baxış
IMG

Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu 20.09.202114.11.2021-ci il tarixlərində "Tehsil.biz" redaksiyasına ünvanlanmış olduğu şikayətləri təkzib edib.

O, bu barədə saytımıza müraciət edərək bildirib.

"Bildirirəm ki, Nazarov Seymur Fazil oğlu Goranboy Rayon Təhsil Şöbəsinə rəhbərlik etdiyi dövrlərdə onunla bağlı "Tehsil.biz" saytına göndərdiyim məlumatlar yanlışdır. Mən Seymur Nazarov barəsində yazdıqlarımı təkzib edirəm, ondan üzr istəyirəm və xahiş edirəm məni bağışlasın", - deyə Eminov Neman Bayram oğlu saytımıza müraciətində qeyd edib.

Xəbər lenti