Logo

BDU-nun professoru beynəlxalq institutun laureatı seçilib

01.03.2021 21:20 122 baxış

Beynəlxalq Mühəndislik və Texnologiya İnstitutu (International Engineering and Technology Institute (IETI)) 2021-ci il üçün müxtəlif nominasiyalar üzrə müsabiqənin nəticələrini elan edib. IETI-nin qalibləri sırasında İngiltərə, Kanada, ABŞ, İsveç, İsveçrə, Yunanıstan, Hindistan, Sinqapur, Avstraliya, Rumıniya, Qana, Çin, Pakistan, Gürcüstan və s. ölkələrdən olan tanınmış ictimai xadimlər, elm və tədris sahəsində yüksək nailiyyətlər qazanmış alimləri yer alıb. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin professoru, AMEA-nın müxbir üzvü, Əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru Vaqif İbrahimov da IETI-nin laureatları sırasındadır. V.İbrahimov yüksək beynəlxalq reytinqə malik olan elmi-tədqiqat işlərinin nəticələri, beynəlxalq nüfuzu və elmi əsərlərinə olan istinadların sayına görə laureatlar sırasına daxil edilib.

 

Qeyd edək ki, V.İbrahimov həm də  “Süni İntellekt və Verilənlər Haqqında Elmi İnstitutun'' (IDSAI) Direktorlar Şurasının, Avropa və ABŞ Riyaziyyatçıları cəmiyyətlərinin üzvüdür.

 

Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

 

http://www.ieti.net/news/detail.aspx?id=269

Xəbər lenti