Logo

BANM-də olimpiada qalibləri mükafatlandırılıb - FOTO

14.03.2023 14:17 540 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində “Global Oliympic Center”in təşkilatçılığı ilə Böyük Britaniyanın IMEC olimpiadasının riyaziyyat üzrə Azərbaycan mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, BANM-də təşkil olunan mükafatlandırma mərasimi Azərbaycan Dövlət Himni və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Global Olimpic Center”in direktoru Xəyal İbrahimzadə tədbiri açaraq şagirdlərin Azərbaycanı yüksək səviyyədə təmsil etdiyini bildirib və olimpiadaçılar üçün ilk dəfə təşkil olunacaq beynəlxalq forum haqqında məlumat verib.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov şagirdləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. Maraqlı müzakirə ilə keçən çıxış zamanı şagirdlərdən bir neçəsi BANM-in tələbələrinin onların bacarıqlarının artırılması üçün çox kömək göstərdiklərini bildirib və rektora təşəkkür ediblər.

Qeyd edək ki, 700-ə qədər şagird arasında təşkil edilən olimpiadada 400 nəfər müxtəlif medallar qazanıb. Seçim turunda qalib olan şagirdlər avqustun 6-13-də Azərbaycanı Londonda təşkil olunacaq beynəlxalq olimpiadada təmsil edəcəklər.

Xəbər lenti