Logo

Qida təhlükəsizliyinə riayət etməyən universitetin bufeti BAĞLANDI

14.03.2023 11:52 431 baxış
IMG

Martın 15-dən Lənkəran Dövlət Universitetinin (LDU) tədris korpuslarında fəaliyyət göstərən tələbə kafeləri fəaliyyətlərini dayandıracaq.

Tehsil.biz xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, buna səbəb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Ərazi Bölməsi tərəfindən adıçəkilən kafelərdə bir-birinin ardınca əsassız yoxlamalar aparılması və universiteti guya qida təhlükəsizliyi qaydalarına riayət olunmadığına görə cərimələməsidir.

"Halbuki universitet 26.12.2022-ci il tarixli yoxlamanın nəticəsini qərəzli hesab edərək Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və rayon məhkəməsi tətbiq olunan cərimə cəzasını ləğv etmişdir. Qeyd edək ki, Şirvan Apellyasiya Məhkəməsi də Rayon məhkəməsinin qərarını qüvvədə saxlamışdır. 

Bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Ərazi Bölməsi tərəfindən əsassız və qərəzli yoxlamaların sayı artmış və nəticədə universitet korpuslarda fəaliyyət göstərən kafeləri bağlamaq məcburiyyətində qalmışdır", - deyə LDU-nun məlumatında qeyd olunub.

Xəbər lenti