Logo

Tələbələrin 50 %-dən çoxu kredit toplayaraq universiteti bitirəcək

14.03.2023 11:04 472 baxış
IMG

2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunanların 50 %-dən çoxunda (humanitar ixtisas qrupu-15 ixtisas, iqtisadiyyat və idarəetmə-10 ixtisas, təhsil ixtisasları qrupu-21 ixtisas, IT ixtisasları üzrə-3 ixtisas, təbiət ixtisasları qrupu-11 ixtisas üzrə) dövlət attestasiyası nəzərdə tutulmayıb.

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, həmin ixtisaslar üzrə qəbul olunanlar tələb olunan kreditləri toplayaraq universitetləri bitirmiş olacaqlar.

Xəbər lenti