Logo

“Coursera”nın baş icraçı direktoru “Yeni çağırışlar”da

13.03.2023 16:11 279 baxış
IMG

16 mart saat 19:00-da “Yeni çağırışlar” müzakirə proqramında “Coursera” beynəlxalq onlayn təhsil platformasının baş icraçı direktoru Cef Maajioncalda qonaq olacaq.

Bu barədə "Tehsil.biz"ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Cef Maajioncalda ilə “Rəqəmsal dünyada öyrənmək” barəsində danışılacaq.

“Coursera” hər kəsə istənilən yerdə aparıcı universitet və şirkətlərin onlayn kurslarına qoşulmaq imkanı yaradan beynəlxalq təhsil platformasıdır.

115 milyondan çox istifadəçisi olan platformada 5400-dən artıq kurs mövcudur. “Coursera” 300-dən çox aparıcı universitet və şirkətlə tərəfdaşlıq edir.

Qeyd edək ki, proqram  Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Xəbər lenti