Logo

MDU-da “Süni intellekt” mövzusunda seminar keçirilib - FOTO

13.03.2023 14:44 273 baxış
IMG

Martın 9-da Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Süni intellekt” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, Qazi Universitetinin MDU-da fəaliyyət göstərən alimi, dosent Sinan Toklunun təqdimatında keçirilən seminarda universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Seminarda süni intellektin cəmiyyət həyatına inteqrasiyası və tətbiq sahələrindən bəhs edilib, süni intellektin zamanla tarixə qovuşduracağı və yaxın gələcəkdə yaranmasına səbəb olacağı peşə və ixtisaslarla bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, seminarda insanların işlərinin asanlaşdırılması məqsədilə hazırda istifadə edilən süni intellekt əsaslı müvafiq tətbiqlər və saytlarlarla praktiki tanışlıq həyata keçirilib, süni intellektin işləmə mexanizmini təsvir edən eksperiment aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti