Logo

39 yaşlı müəllimin ölümünə səbəb nə olub? - AÇIQLAMA

13.03.2023 12:31 2436 baxış
IMG

Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aqşin Ağayev ötən gün Bərdənin Uğurbəyli kəndində yaşayan 39 yaşlı ibtidai sinif müəllimi Arzu Əliyevanın Bakıda əməliyyatdan sonra dünyasını dəyişməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

"Tehsil.biz"in məlumatına görə, A.Ağayev bildirib ki, 1984-cü il təvəllüdlü vətəndaş Arzu Əliyeva 11.03.2023-cü il tarixində bağırsaq keçməzliyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib:

"Çox ağır vəziyyətdə olan xəstəyə lazimi müayinələr edildikdən sonra təcili olaraq cərrahi əməliyyat icra olunub. Əməliyyat prosesində xəstənin bağırsaqlarında müsariqə arteriyasının trombozu (bağırsaq infarktı) nazik bağırsağın total qanqrenası olduğu aşkarlanıb. Arzu Əliyeva əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti çox ağır olan xəstə əməliyyatdan bir gün sonra vəfat edib. KTM-ə müraciət etmədən öncə xəstə özəl tibb müəssisəsində də müayinədə olub və bağırsaq keçməzliyi diaqnozu qoyulub.

Qeyd edək ki, nazik bağırsağın total qanqrenası diaqnozu ilə xəstənin həyatda qalma şansı sıfıra bərabərdir".

 

Xəbər lenti