"Dünyanın inkişaf etmiş ölkələrində universitet fakültəsi özləri yarımüstəqil fəaliyyət göstərir".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
Nazir bildirib ki, bir çox məsələlərdə heç kimlə razılaşmadan özləri qərar qəbul edir:
"Burada iki məsələ var. Azərbaycanın ali təhsil müəssisələrində xeyli müstəqil addmlar atılır. Problemlərdən biri odur ki, bu gün yazılan bir qayda bütün universitetlər üçün işləmir. Hər hansı dəyişiklik üçün mütləq qanunvericilik dəyişilməlidir. Maliyyə muxtariyyəti də önəmlidir. Ayrı-ayrı universitetin gəlirləri fakültələr üzrə mexanizm formalaşmalıdır”.