Logo

Tibb Universitetinin tələbəsi Qazaxıstandan mükafat qazanıb - FOTO

13.03.2023 10:28 509 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-profilaktika fakültəsinin tələbəsi Tamara Mahalova Qazaxıstanın Astana şəhərində keçirilən “VI beynəlxalq kitab nəşri” və “Ən yaxşı gənc alimlər - 2022” layihələrində iştirak edib, 1-ci dərəcəli diplom və medalla mükafatlandırılıb.

Bu barədə "Tehsil.biz"ə ATU-dan bildirilib.

Qeyd olunub ki, İnsan anatomiyası kafedrasının müdiri, dosent Anar Abdullayevin elmi rəhbərliyi altında onun “Çivini dəliyin morfoloji xüsusiyyətləri” mövzusunda yazdığı tezis həmin konfransın çap materiallarında yer alıb.

Xəbər lenti