Logo

“Dövlətçiliyin xilas günü” adlı rəsm müsabiqəsi elan edilir

12.03.2023 23:58 612 baxış
IMG

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Dövlətçiliyin xilas günü” adlı rəsm müsabiqəsi elan edir.

Dövlət Xidmətindən verilən məlumata görə, müsabiqənin şərtləri bunlardır:

1. Müsabiqədə yaşı 35-ə qədər olan şəxslər iştirak edə bilər.

2. Əsərlər 2023-cü il may ayının 31-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin inzibati binasına (Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 4A) təqdim olunmalıdır.

3. Hər bir iştirakçı müsabiqəyə 1 əsər təqdim edə bilər.

4. İştirakçıların müsabiqəyə təqdim etdikləri rəsmlər çərçivəyə salınmalıdır və çərçivənin şüşəsinin üstünə rəsm müəllifinin adı, soyadı, atasının adı, yaşı, ünvanı yazılmış etiketlər əlavə olunmalıdır. Rəsm əsərlərinin minimum ölçüləri 70x90 olmalıdır.

5. Müsabiqəyə təqdim olunan işlər geri qaytarılmır, mükafat qazanan əsərlərdən təbliğat və maarifləndirmə məqsədilə istifadə edilə bilər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun şərq hissəsində yerləşən Xidmətin Mərkəzi Çağırış Məntəqəsi Kompleksinin inzibati binası.

Əlaqə telefonu: (+994 12) 493 79 14

Xəbər lenti