Logo

"Naxçıvan" Universitetinin tələbələri Əlincə qalasına yürüş ediblər - FOTO

12.03.2023 14:35 262 baxış
IMG

Naxçıvan Universitetinin Ümumtarix və Beynəlxalq münasibətlər kafedrasının müəllim və tələbə heyəti Culfa rayonu ərazisində yerləşən Əlincəqalasına yürüyüş edib. 

Tehsil.biz xəbər verir ki, yürüyüş zamanı tələbələr ilk olaraq "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyini ziyarət edərək qalanın tarixi, stratejik əhəmiyyəti və eksponatları ilə tanış olub, ardınca isə qalanın zirvəsinə doğru irəliləyiblər. 

Kollektiv sonda əzəmətli qalanın yerləşdiyi sıldırım qayaların zirvəsində dalğalanan bayrağımız ətrafında toplanaraq xatirə şəkli çəkdirib.

Xəbər lenti