Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, şəhid Rüfət Mustafayevin doğum günüdür.
Tehsil.biz xəbər verir ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rüfət Mustafayev 1996-cı il martın 12-də Sumqayıt şəhərində anadan olub. 2013-2017-ci illərdə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin maşın mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.
Rüfət Mustafayev ailənin yeganə övladı olub. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ən qaynar nöqtələrində xidmət edib.
Rüfət Mustafayev 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı komandiri polkovnik-leytenant Zaur Cəfərovla birgə minaya düşərək şəhid olub.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Rüfət Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.