Logo

"Universitetə rəqqasə gəlməsini xoşlamırsınızsa, molla gətirin" - Deputat

12.03.2023 11:39 855 baxış
IMG

Milli Məclisin deputatı Fazil Mustafa rəqqasə Oksana Rəsulovanın "Naxçıvan" Universitetində qonaq olaraq öz həyat və iş təcrübəsini tələbələrlə bölüşməsinə münasibət bildirib.

Tehsil.biz xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Universitetdə rəqqasənin mühazirə oxumasını niyə təəccüblə qarşılayırsınız? Heç olmazsa, hərəkətin, dinamikanın sirlərini aşılayır gənclərə. Xoşlamırsınızsa, universitetlərə molla gətirin, elmi nağıllar oxusun. Ahəstə-ahəstə yuxulatsın gənclərimizi", - deyə deputat qeyd edib.

Həmçinin oxuyun: "Rəqqasənin universitetə dəvət edilməsi başadüşüləndir" - Mütəxəssis

Xəbər lenti