Logo

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan məqalə müsabiqəsi davam edir

11.03.2023 23:52 508 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları üçün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ulu Öndər – müstəqil Azərbaycanın qurucusu” adlı müsabiqəsinə məqalə qəbulu davam edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, müsabiqəyə təqdim edilən məqalələr aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun əməkdaşları iştirak edə bilərlər. Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək, qalib elan edilən məqalələr ölkə mətbuatında, BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində yer alacaq.

Qaliblərə diplom və pul mükafatı veriləcək. I yer - 1500 manat; II yer - 1000 manat; III yer - 700 manat. Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89

e-mail: [email protected]

Xəbər lenti